Sumqayıt sakini Şəkidə qəzaya düşdü: sürücü öldü

1230

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun 18-ci kilometrliyində, Şəki rayonunun Turan qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.

Sumqayıt şəhər sakini, 1965 ci il təvəllüdlü Babayev Mehdi Miskar oğlu “Otokar Tempo” markalı avtobusla Yevlax istiqamətində hərəkətdə olarkən Şəki rayon sakini, 1990-cı il təvəllüdlü Allahverdiyev Nihat Şakir oğlunun idarə etdiyi “Ford Transit” markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində N.Allahverdiyev xəsarətlə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər