Sumqayıtda 79 yaşlı kişi səhvən kimyəvi maddə içərək ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayonunda baş verib.
Sumqayıt şəhər sakini, 1940-cı il təvəllüdlü Rəcəbov Sovet Müstəcəb oğlu öz evində səhvən su əvəzinə kimyəvi maddə içib. Yaşlı kişini dərhal xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.