Milli.Az anspress-ə istinadən xəbər verir ki, Sumqayıt sakini Zaur Şirinov 17 illik dostunun evindən oğurluq edib. Onun özü əməlini səhhəti ilə əlaqədar pula ehtiyacının olması ilə əsaslandırır. Dostu Rəşad Qasımovun evindən oğurluq etməyi qərarlaşdıran Zaur onun yaşadığı mənzilin açarının üzünü köçürüb.
Sumqayıt Şəhər Polis İdarəsinin və 3-cü polis bölməsinin əməkdaşları onu tezliklə saxlamağa müvəffəq olublar.