“Yeni Hakimiyyət” qəzetinin təsisçisi Sumqayıt sakinindən pul tələb edirmiş
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Salam Abdullayevi barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyən şəxs tutulub.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1 il əvvəl fəaliyyəti dayandırılmış “Yeni Hakimiyyət” qəzetinin təsisçisi və baş redaktoru Vüqar Xəlilov və Abşeron rayon sakini Anar Quliyev tutulub. Onlar S.Abdullayevdən 2000 manat pul tələb edibmişlər.
Faktla bağlı əlavə araşdırmalar aparılır. lent.az