Sumqayıt sakininin bıçaqlanması ilə bağlı cinayət işi başlanıldı

1262

Sumqayıt sakinini bıçaqlayan şəxs saxlanılıb.

“Report”un xəbərinə görə, hadisə aprelin 26-ı saat 19 radələrində şəhərin 12-ci mikororayon ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini Elxan Rüstəmov həmyerlisi Ramil Xəlilovun ünvanına nalayiq söyüş söyüb. Daha sonra onların aralarıda mübahisə başlayıb. Nəticədə E.Rüstəmov R.Xəlilova ümumilikdə 4 bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

E.Rüstəmov saxlanılıb və aprelin 29-da barəsində Cinayət Məcəlləsinin (CM) 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan olunub və 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Aprelin 30-da isə E.Rüstəmovun barəsində irəli sürülmüş CM-nin 126.1-ci maddəsi 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib.

Sumqayıt şəhər Prokurorluğunda ibtidai istintaq aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər