Sumqayıt sakininin evində ovlanması qadağan edilmiş 340 kiloqram nərə və bölgə balığı aşkar edilib

888

Sumqayıt sakininin evində külli miqdarda ovlanması qadağan olunmuş balıq aşkar edilib. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən (ŞPİ) məlumat verilib.

Sumqayıt ŞPİ əməkdaşları idarəyə daxil olan əməliyyat məlumatı əsasında şəhər sakini Yasər Rza oğlu Kərimovun yaşadığı evdə axtarış aparıblar. Axtarış zamanı Y. Kərimovun həyətində yerləşən qarajda, iri tutumlu soyuducuların içərisində ümumi çəkisi 340 kiloqram olan ovlanması qadağan edilmiş nərə və bölgə balığı aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqat araşdırması aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər