Sumqayıt sakinləri Bakı-Şamaxı yolunda qəzaya düşdü: 5 yaralı... - ADLAR

1811

Bakı-Şamaxı yolunda baş verən avtomobil qəzasında xəsarət alan şəxslərin adları məlum olub.
APA -nın yerli bürosunun xəbərinə görə, xəsarət almış 6 nəfər – Sumqayıt sakinləri, 1972-ci il təvəllüdlü Qarakişiyeva Səbinə Rafiq qızı, 1962-ci il təvəllüdlü Məmmədova Həsənağa Sultanağa oğlu, 1996-cı il təvəllüdlü Zeynəddinli Elmi Rafiq oğlu, 1992-ci il təvəllüdlü Nazarova Aynur Teymur qızı, 1997-ci il təvəllüdlü Zeynəddinli Elcan Rafiq oğlu, Şamaxı sakini, 1971-ci il təvəllüdlü Mirzəyev Yaşar Əlikram oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
****
18:02
Şamaxı rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın yerli bürosunun xəbərinə görə, bu gün saat 17:30 radələrində Bakı-Şamaxı yolunun 110-cu kilometrliyində, Acıdərə adlanan ərazidə “Ford” markalı sərnişin mikroavtobusu ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ağır xəsarət alıb.
Xəsarət alanlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər