Sumqayıt Sakinləri İctimai Müzakirə Keçirib

879

29 Apreldə Sumqayıt şəhərində fəal sakinlərin iştirakı ilə “Yaşayış binalarında istilik sistemlərinin olmaması” və “Məhəllə daxili yolların istifadəyə yararsız olması” problemləri ətrafında ictimai müzakirə təşkil edilib. İctimai müzakirənin əsas məqsədi sakinləri sadalanan problemlərin həlli yoluna səfərbər etmək idi. Tədbir zamanı hər iki problem ilə bağlı şəhər sakinləri arasında aparılmış video sorğuya baxılıb və müzakirələr aparılıb.  Tədbir zamanı mövcud olan problemlərin yaranmasına və inkişaf etməsinə aidiyyatı dövlət qurumlarının problemlərin həllinə maraqsız yanaşmaları fikirləri eşidilib. Belə ki, Sumqayıt işçi qrupunun üzvləri bildiriblər ki, hər iki problem ilə bağlı Sumqayıt şəhəri İcra Hakimiyyətinə sorğu göndərilsə də qanunvercilikdə göstərildiyi vaxta sorğuya cavab verilməyib. Bunu vətəndaşların informasiya əldə etmək hüququnun pozulması kimi qəbul edən işçi qrupu informasiya sorğuçusu kimi pozulmuş hüquqların bərpa edilməsi və məsələnin araşdırılması üçün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili xanım Elmira Süleymanovaya müracət edib.

Qeyd edək ki, bu tədbir Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi tərəfindən Milli Demokratiya İnstitutunun maliyyə dəstəyi ilə reallaşdırılan “Vətəndaşların yerli idarəetmədə iştirakına dair bacarıqların arıtırlması” layihəsi çərçivəsində yaradılmış Sumqayıt İşçi Qrupu tərəfindən təşkil edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər