Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – VİDEO

1867

Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı təmir-tikinti işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, təmir-tikinti işləri zamanı küçə və yollarda zəruri olan yerlərdə yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsaslı inşa edilir. Sadalanan işlərin ardınca iri və xırda dənəli yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.

Asfaltlanma işləri bitən küçələrdə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunacaq, küçə və yollara zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılmaqla müasir yol infrastrukturu yaradılacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər