Sumqayıt sakinlərini ölümlə hədələyən gənclər həbs edildi

1457

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda sakinləri ölümlə hədələyərək pul tələb etməkdə təqsirləndirilən 2000-ci il təvəlüdlü Nicat Rzazadə, 2001-ci il təvəllüdlü – Sənan Rüstəmov və Kamran Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Onların barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri həbs-qətimkan tədbiri ilə əvəz edilib.

 Hər üç şəxs məhkəmə iclas zalında həbs olunub.

Qeyd edək ki, adları keçən şəxslər özlərini “kriminal aləm”in üzvləri kimi apararaq əvvəldən tanıdıqları Sumqayıt şəhər sakinləri – Çinarə Əliyeva, Ziyad Həsənov, Elmin Miriyev, Məhəmməd Həsənzadə və Rüstəm Əhmədovu döyməklə, öldürməklə və yandırmaqla hədə-qorxu gələrək pul tələb ediblər.

Onlar bir neçə şəxsin mobil telefonunu da alaraq qaytarmayıblar. Zərərçəkənlərin şikayəti əsasında hər üç şəxs saxlanılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər