Millət vəkili Tahir Mirkişili Milli Məclisdə Sumqayıt seçicilərinin xahişini səsləndirib.
Millət vəkili 2020-ci ilin dövlət büdcəsinin müzakirəsinə həsr olunmuş iclasda hökümətə müraciət edərək Sumqayıt şəhərində məişət tullantıları zavodunun tikintisinin vacibliyini vurğulayıb. : “400 min əhalisi olan Sumqayıt şəhərində məişət tullantıları zavodunun tikilməsi ilə bağlı seçicilərin xahişini bir daha hökumətin diqqətinə çatdırmaq istərdim. Mən artıq 2-ci dəfədir bu məsələni qaldırıram. Belə bir zavodun olmaması şəhərin hava mühitinə və insanların sağlamlığına ciddi ziyan vurur. Xahiş edərdim dövlət investisiya xərclərində bu layihənin nəzərə alınması imkanlarına bir daha baxasız”