Sumqayıt şəhər 26 saylı orta məktəb müəllimlərinə təlim keçirildi

1675

Potensial Sumqayıt Mütəxəssislər Birliyi may ayından Norveç Krallığının Azərbaycandakı səfirliyinin dəstəyi ilə telimQadınlara qarşı ailədaxili zorakılıqların aradan qaldırılması məqsədi ilə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” layihəsinin icrasına başlamışdır. Layihə çərçivəsində növbəti təlim iyunun 21-də Sumqayıt şəhərinin 26 saylı orta məktəbinin müəllimlərinə keçiridi. Təlimi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Anar Qasımov aparırdı. Təlimdə məktəbin 20 müəllimi iştirak edirdi. Təlimin əsas məqsədi Ailə qanunvericiliyi və qadın hüquqlarının qorunmasına daha səmərəli xidmət edən qanunvericilik aktları barədə hüquqi maarifləndirmə tədbirlləri həyata keçirməklə qadınların hüquqi bilgilərinin və məlumatlığının artmasına nail olmaq və beləliklə də, qadınlara qarşı zorakılıq və ayrı seçkilik hallarının, xüsusiilə də ailədaxili zorakılıq hallarının aradan qaldırılmasına nail olmaqdır.

Təlim zamanı Qadınların hansı hüquqları var? (Beyin hücumu)

Azərbaycan Qanunvericiliyində qadın hüquqları

Ailə qanunvericiliyinin əsas mahiyyəti

Ailə hüquqlarının həyata keçirilməsi və ailə vəzifələrinin yerinə yetirilməsi

Ər-arvadın birgə mülkiyyəti

Nikah müqaviləsi

Ər-arvadın məsuliyyəti və s. məsələlər ətraflı müzakirə olundu. “Elçilik və Nikah müqaviləsinin şərtlərinin müzakirəsi” qrup oyunu təlimdə müzakirə olunan mövzulardan iştirakçıların nə səviyyədə bəhrələndiyini göstərdi. Ümumiyyətlə, bütün iştirakçılar təlim zamanı çox həvəslə müzakirə olunan mövzuya dair fikirlərini bölüşür, Ailə qanunvericiliyi barədə daha çox bilgi əldə etməyə çalışırdılar.

Təlimin sonunda təlim mövzusu, təlimin işi ilə bağlı iştirakçıların rəyi dinlənildi. İştirakçılar mövzunun aktuallığını və əhmiyyətini xüsusi ilə yüksək qiymətləndirərək bu mövzuda təlimlərin davamlı olmasının vacibliyini qeyd etdilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər