Sumqayıt şəhərində naməlum avtomobil Sumqayıt şəhər Gənc Müəllimlər Şurasının sədri Şəfa Rzayevanı maşın vurub.
Bu hadisə nəticəsində də xəsarət almış Şəfa Rzayeva xəstəxanada tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Şəfa Rzayev “sumqayitxeber.com” saytına açıqlamasında bildirib ki, hazırda səhətində heç bir problem yoxdur və işdədir. Hadisəyə səbəb olan sürücü isə tapıldığı bildirilir.