Sumqayıt Şəhər Hərbi Komissarlığında tibbi komissiayanın həkimi rüşvətə görə həbs edilib

1264

Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, Sumqayıt şəhər Hərbi Komissarlığının həkimi Mirnazir Muxtarov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirli bilinir.

Respublika Hərbi Prokurorluğu tərəfindən Sumqayıt şəhər Hərbi Komissarlığında aparılan yoxlamaların nəticəsi olaraq komissarlıqda ciddi korrupsiya faktları aşkar edilib. M. Muxtarov həmin faktlara əlaqədar saxlanılıb. Onun barəsində məhkəmənin hökmü ilə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bu ilin may ayında Sumqayıtın sabiq hərbi komissarı, polkovnik Samir Məmmədov da korrupsiya faktı ilə əlaqədar tutulub. Ümumilikdə isə bu il respublikada 20-dən çox komissarlıq işçisi korrupsiya və rüşvət faktına görə cinayət məsuliyyətinə cəlb edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Sahin
    Oktyabr 11, 2011 - 15:35

    mence cox yaxsi olub tekce belelerin yox butun ruwvet alanlari hebs etmey lazimdir

  • fatime
    Noyabr 19, 2012 - 20:14

    Onlarin hec bir gunahi yoxdur onlari hebs edenleri hebs etmek lazimdir butun dunya rusvet ustune qurulub 2 neferi tutmaqla dunya duzelmir

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər