"Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən bu işlər daha yaxşı təşkil edilib" - Süleyman İsmayılov

1264

sumqayitxeber.com xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirilib.

Vətəndaşla ünsiyyətdə sorğu işinin düzgün təşkili də vacibdir. Bu, vətəndaşlarla ünsiyyət səviyyəsini daha da yaxşılaşdırmağa, vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edir. Ötən il Administrasiyanın sorğu-məlumat telefonlarına daxil olmuş 34 min 587 zəngə cavab verilmişdir.

Dövlət hakimiyyəti orqanlarının 2020-ci ilə aid qəbul cədvəlləri öyrənilərkən məlum olur ki, bəzi şəhər və rayon icra hakimiyyətləri tərəfindən bu işlər daha yaxşı təşkil edilir. Bu baxımdan Yasamal, Sumqayıt, Ağdaş, Astara, Bərdə, Biləsuvar, Cəlilabad, Daşkəsən, Göyçay, Xaçmaz, Xızı, Xocavənd, Kürdəmir, Qobustan, Quba, Masallı, Neftçala, Sabirabad, Şabran, Şəmkir, Tərtər, Yardımlı, Zərdab, digər şəhər və rayon icra hakimiyyətlərinin qəbul cədvəllərini göstərmək olar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər