Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın iclası keçirilib

1254

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın iclası keçirilib. İclasda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, ictimai şuranın  sədri Hümbət Quliyev və üzvlər iştirak edib.

Hümbət Quliyev çıxış edərək dövlət başçısı tərəfindən Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişləndirilməsindən, qeyri-hökumət təşkilatlarının dövlət idarəçiliyi və qanunvericilik prosesinin iştirakçısına çevrilməsindən danışıb. Şura sədri iclas iştirakçılarına əvvəlki işlasda qaldırılan məsələlərin həlli ilə bağlı görülən işlərdən danışıb və qeyd edib ki, iclasda qaldırılan  problemlər, verilən təkliflər rəsmi şəkildə İcra Hakimiyyətinə çatdırılıb, həmin məsələlər artıq həll olunub.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək müzakirə edilən məsələlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi və bu sahədə İctimai Şuranın rolunun və fəallığının artırılmasının vacibliyini vurğulayıb. Zakir Fərəcov vəsiqələri ictimai şuranın üzvlərinə təqdim edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinin vacibliyini vurğulayıb, müxtəlif sahələrdə mövcud olan problemlərin araşdırılmasına və onların həlli yollarına dair təkliflər hazırlanmasında vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakı ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verib. 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər