Sumqayıt şəhər İcra Hakimiyyətindən AÇIQLAMA: "Kimliyindən asılı olmayaraq ağac kəsən şəxslər cəzalanacaq"

3206

Ölkə başçısının ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə qarşıya qoyduğu vəzifələrə uyğun olaraq Sumqayıt  şəhərində böyük layihələr həyata keçirilir. Artıq bir neçə ildir ki, şəhər ərazisində müxtəlif yerlərdə yaşıllıqların salınması, parkların və xiyabanların təmiri diqqət mərkəzində saxlanılır. Təkcə ötən il ərzində Sumqayıt şəhərində  100 min ağac, 400,0 mindən çox gül əkilmiş, 13 min kv.metr sahəyə qazon salınıb. Sumqayıt şəhərində ümumi yaşıllıq sahəsi 1100 hektardan çoxdur. Adam başına düşən yaşıllıq sahəsi artırılaraq, respublika səviyyəsindən 3,0 kv.metr artıq olmaqla 27,5 kv.metr təşkil edir.

sumqayitxeber.com-a daxil olan məlumata görə fevralın 23-də gecə saatlarında Sumqayıt şəhərində Səməd Vurğun küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində 50-dən artıq şam ağacı kəsilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən sumqayitxeber.com-a bildirilib ki,  bu fakt bu gün aşkarlanıb və hazırda hüquq mühafizə orqanları faktla bağlı araşdırma aparır: “Bildiyiniz kimi şəhərimizdə son bir neçə ildə bir dənə də olsa belə fakta rast gəlinməyib. Əksinə son illərdə şəhərimizdə yüz minlərlə ağaclar əkilib. Təəssüflər olsun ki, ötən gecə belə bir hadisə baş verib. Hazırda hüquq mühafizə orqanları məsələni araşdırır. Kimliyindən asılı olmayaraq görülmüş işlərə kölgə salan şəxslər, bu hadisənin səbəbkarları qanun qarşısında cavab verməli olacaqlar.”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər