Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sakinlərlə görüşdü

2019

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti səyyar-qəbul görüşü keçirilib. Sumqayıt şəhər 14-cü məhəllədə keçirilən qəbulda şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.

Şəhər rəhbəri qeyd edib ki, səyyar qəbulun keçirilməsində əsas məqsəd vətəndaşlarla birbaşa görüşmək, onları narahat edən problemləri müəyyən etmək və qısa müddətə həllinə nail olmaqdır.

Qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri və təklifləri dinlənilib. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər