Sumqayıt Şəhər İcra Hakimiyyətinin idarəsi ləğv edilib

2434

Sumqayıt Şəhər İcra Hakimiyyətinin idarəsi ləğv edilib.

Trend-in məlumatına görə, İcra Hakimiyyətinin strukturu olan İnformasiya və Reklam Departamenti ləğv olunduğunu elan edib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti xəbər verir ki, kreditorlar tələblərini 2 ay ərzində Azərbaycan prospektində yerləşən İcra Hakimiyyətinə bildirə bilərlər.

 Qeyd edək ki, keçən il dövlət başçısının sərəncamı ilə Dövlət Reklam Agentliyi yaradılıb.

İnformasiya və Reklam Departamenti qanunvericiliyə müvafiq olaraq Sumqayıt şəhəri ərazisində reklam və informasiya siyasətinin həyata keçirilməsi, küçə reklam daşıyıcılarına nəzarəti həyata keçirən dövlət orqanı funksiyasını yerinə yetirirdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər