Sumqayıt şəhər Məhkəməsi təqsirləndirilən şəxsə bəraət verib

2513

Sumqayıt şəhər Məhkəməsi təqsirləndirilən şəxsə bəraət hökmü verib.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirləndirilən Cavadov Arzuman Tərlan oğlunun işinə baxılıb.

Sumqayıt Regional Vəkil Bürosunun vəkili Elşad İsayevin müdafiəsini həyata keçirdiyi A.Cavadova Sumqayıt şəhər Məhkəməsi bəraət hökmü verib.

Xatırladaq ki, Cavadov Arzuman Tərlan oğlu ötən ilin aprelin 6-da Cinayət Məcəlləsinin 234.1- ci maddəsi ilə şübhəli şəxs qismində tutulub. Onun barəsində Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin 7 aprel 2018-ci il tarixli qərarı ilə  Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma — külli miqdarda törədildikdə) cinayət  işi başlanılıb. A.Cavadova həmin maddə ilə ittiham elan olunaraq, Sumqayıt şəhər Məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Elə həmin gün müdafiə tərəfin vəsatətinə əsasən, həbs-qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. 30 may 2018-ci il tarixdə barəsində seçilmiş qətimkan tədbiri 7 oktyabr 2018-ci il tarixədək uzadılıb. Ötən ilin oktyabrın 6-da yekun ittiham verilərək, cinayət işi baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs istər ibtidai istintaq dövründə, istərsə də məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər