Sumqayıt şəhər nümayəndə heyəti Gürcüstanda olub

751

21-25 noyabr 2010-cu il tarixdə Sumqayıt şəhər nümayəndə heyəti Tbilisi şəhərində səfərdə olub. Səfər Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən Cənubi Qafqazda Yerli Özünüidarəetmə İnkişafına Dəstək Proqramı çərçivəsində baş tutub. Şəhər İcra hakimiyyətinin baş mütəxəssisi T.Vəliyev və şəhər Bələdiyyəsinin şöbə müdiri İ. Ömərovdan ibarət olan nümayəndə heyəti səfər çərçivəsində Tbilisi meriyasında yaradılmış Vətəndaşlara Xidmət Mərkəzinin təcrübəsi ilə yaxından tanış olub. Burada onlara meriya tərəfindən “vahid pəncərə” sistemi çərçivəsində göstərilən xidmətlər barədə məlumat verilib, iş prosesi əyani şəkildə nümayiş olunub.

Qeyd edək ki, İ. Ömərov həmçinin cari ilin əvvəlində Sumqayıt şəhəri ilə qardaşlaşmış şəhər əlaqəsinə malik olan Almaniya Federativ Respublikasının Lüdviqshafen şəhərində olub, bu sahədə alman təcrübəsini öyrənib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər