Sumqayıt şəhər polis idarələrinin yeni inzibati binası istifadəyə verildi

764

Azərbaycan polisinin peşə bayramı ərəfəsində  Sumqayıt şəhər polis idarələrinin yeni inzibati binası istifadəyə verilmişdir.

Iyunun  30 –da  daxili işlər naziri, general-polkovnik Ramil Usubov və  Sumqayıt Şəhər icra hakimiyətinin başcısı Eldar Əzizov polis İdarəsinin yeni inzibati binasının açılışında iştirak etmişdirlər.

DİN-in Əsaslı Tikinti İdarəsinin rəisi, polis polkovniki Qasım Əliyev yeni binanın inşası və texniki parametrləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki,  gənclik şəhərinin ümumi görünüşünə gözəllik verən, müasir memarlıq və arxitekturanın qabaqcıl elementlərini özündə birləşdirən, yüksək zövqlə və dizaynla inşa edilmiş obyektin tikintisi 14 aya tamamlanmışdır.
Qonaqlar  növbətçi hissəyə, xidməti otaqlara, akt zalına və digər yardımçı sahələrə baxmış, foyedə ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən guşə ilə tanış olmuşdur.
Daha sonra R.Usubov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları ilə görüşərək cinayətkarlıqla mübarizə və ictimai qaydanın qorunması sahəsində şəxsi heyətin qarşısında duran vəzifələrdən danışmış, konkret tapşırıq və tövsiyələrini vermişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin daxili işlər orqanlarına göstərdiyi ali diqqət və qayğı nəticəsində təkcə ötən il onlarla yeni infrastruktur obyekti tikilib istismara verilmiş, lazımi texniki vasitələr və avadanlıq alınmışdır.
Tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, indiyədək Sumqayıt şəhərinin müxtəlif küçə və prospektlərində, mərkəzi park və xiyabanlarda “Təhlükəsiz şəhər” sisteminin 85 kamerası quraşdırılmışdır.  Dövlət başçımızın elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin daxili işlər orqanlarında tətbiqinə, daxili işlər orqanlarının zəruri avadanlıq və texnika ilə təchizatına böyük diqqət yetirdiyi, məhz belə yüksək diqqət sayəsində bu gün Daxili İşlər Nazirliyinin ən müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunduğu vurğulanmışdır. Bütün bunlar ölkəmizdə gedən ümumi inkişaf proseslərinin nəticəsi olaraq şəxsi heyətin iş şəraitinin daha da yaxşılaşmasına müsbət təsir göstərmiş, onları xidməti vəzifə borcunun icrasına ruhlandırmışdır.
R.Usubov göstərilən diqqət və qayğıya cavab olaraq hər bir əməkdaşdan vətəndaşların ərizə və şikayətlərinə, müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşılmasını, cəmiyyətdə polisin nüfuzunun daha da yüksəldilməsinə səy göstərilməsini tələb etmiş və əmin olduğunu bildirmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin şəxsi heyəti göstərilən yüksək diqqət və qayğıya, respublikamızın bu böyük sənaye şəhərində sabitliyin, əmin-amanlığın etibarlı qorunmasına, cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz nümunəvi xidməti ilə cavab verəcəkdir.

Ətrabə Rzayeva ( AzərTAc).

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər