Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) müvəqqəti saxlanma təcridxanasına (MST), həmin idarənin 1, 2 və 3-cü polis bölmələrinə, habelə Abşeron Rayon Polis Şöbəsinin (RPŞ) MST-inə başçəkmələr həyata keçiriblər. MST-lərdə saxlanılan şəxslərlə söhbət aparılıb, onlara hüquqları izah olunub.
MPM qrupunun üzvləri adı çəkilən MST və polis bölmələrində saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə də tanış olublar. Baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.