Sumqayıt şəhər prokuroru Dağlar Zeynalova töhmət verildi

1069

prokuroluq_010509sumqayitxeber.com saytı Trend Agentliyinə istinadən məlumat verir ki, Baş prokuror Sumqayıt Şəhər Prokurorluğunun rəhbərliyini cəzalandırıb

Prokurorluq orqanlarındakı etibarlı mənbənin Trend-ə verdiyi məlumata görə, baş prokurorun 18 iyun tarixli əmri ilə konkret cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılması təmin edilmədiyinə, təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulması ilə nəticələnən qanunsuzluq hallarına yol verildiyinə görə, Sumqayıt şəhər prokuroru Dağlar Zeynalova töhmət, onun müavini Kamran Mahmudova isə şiddətli töhmət verilib.

Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Məhəmməd Cabbarov tutduğu vəzifədən azad edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər