Bakıda tikintidə bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin saytına istinadən verdilən məlumata görə, hadisə aprelin 26-da saat 17.30 radələrində Bakının Nizami rayonu ərazisində, “Kamran Kompleks” MMC-nin emalatxanasında qeydə alınıb. Orada işləyən Sumqayıt şəhər sakini Elçin Cahangirov qaynaq işləri apararkən, hündürlükdən yıxılıb və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Saleh Həsənbəyli