Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu 700 bal toplayıb

760

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb. sumqayitxeber.com Modern.az-a istinadən xəbər verir ki, bu dəfəki imtahanda yalnız III ixtisas qrupu üzrə 2 abituriyent maksimum nəticə göstərərək 700 bal toplayıb.
Beləliklə də DİM tərəfindən keçirilən yekun imtahan nəticələrinə görə 12 abituriyent 700 bal toplayaraq rekorda imza atıblar.
Son imtahanda yüksək nəticə göstərənlər Bakı şəhəri, Nəsimi rayonu Rövşən Nəsirov adına 111 saylı orta məktəbin məzunu İlhamə Hüseynova və Bakı şəhəri, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunu Pərvin Əhmədovadır.
Dövlət İmtahan Mərkəzinin mayın 7-də I və IV ixtisas qrupları üzrə keçirdiyi imtahanda 7 nəfər maksimum nəticə göstərib. İmtahanda I ixtisas qrupu üzrə 5 abituriyent 700 bal toplayıb. Bu qrup üzrə maksimum nəticə göstərənlər Bakı şəhəri 220 nömrəli tam orta məktəbin şagirdi Xalidə Əliyeva, Səbail rayonu 162 nomrəli məktəbin şagirdi Mahirə Əsədzadə, İsmayıllı rayonu Lahıc qəsəbə məktəbinin şagirdi Vahab Cəbrayılov, Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Elmir Əhmədov, Gəncə İSTƏK liseyinin şagirdi Abdulla Əsgərzadə, IV ixtisas qrupu üzrə isə 2 abituriyent- Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Eldar Əfəndiyev, Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin məzunu Nemət Yusifovdur.
Dövlət İmtahan Mərkəzinin aprelin 30-da II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanında iştirak edən abituriyentlərdən isə 3 nəfər ən yüksək nəticəni göstərib və 700 bal toplayıb.
Onlar Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Səbinə İsmayılova, Ağcabədi şəhəri, 3 saylı məktəb-liseyin şagirdi II ixtisas qrupu üzrə Arzu Məmmədzadədir. II ixtisas qrupu üzrə qəbul imtahanında 700 bal toplayan abituriyentlərdən biri də Türkiyə Diyanət Vəqfi-Bakı Türk Liseyinin məzunu Cavad Əliyevdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər