Son bir ildə Sumqayıt şəhərində səhiyyə müəssisələrinin əksəriyyəti əsaslı təmir edilib. Sumqayıt şəhər uşaq Xəstəxanasının Yolxucu Xəstəliklər korpusu da əsaslı təmirdən sonra sakinlərin istifadəsinə verilib. Burda körpə uşaqların müalicə və müayinəsi üçün hər cür şərait yaradılıb.
Yolxucu Xəstəliklər korpusunun açılış mərasimində çıxış edən Sumqayıt Şəhər İcra hakimiyyəti başçısı Zakir Fərəcov səhiyyəyə göstərilən dövlət qayğısından danışaraq bildirdi ki, ölkəmizdə uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan tibb müəssisələrinin inşası Azərbaycan dövlətinin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür. Bu istiqamətdə Sumqayıtda da mühim işlər görülüb. Qeyd olundu ki, Sumqayıtda da son 1 ildə şəhər 1 nömrəli Doğum Evi,1 saylı Poliklinika , 4 nömrəli Uşaq Poliklinikası, Onkoloji Xəstəxana əsaslı təmir olunub, istifadəyə verilib. Hal hazırda isə təmirə ehtiyacı olan tibb müəssisələrində təmir işləri gedir. Daha sonra şəhər rəhbərliyi və tibb müəssisələrinin nümayəndələri əsaslı təmirdən sonra istifadəyə verilən uşaq xəstəxanasının laboratoriya, fizoterapiya, rentgen, ulturasəs müainəsi, elektrokardeoqrafiya və digər müayinə otaqlarına, həmçinin palatalara baxdılar. Qonaqlara məlumat verildi ki, xəstəxanada istilik sistemi, elektirik avadanlıqları da yenilənib. Tibb ocağıının həyəti abadlaşdırılıb, asfalt vurulub, yaşıllıq salınıb, xəstələrin istirahəti üçün zəruri şərait yaradılıb.
Qeyd edək ki, 1956-cı ildə tikilən Sumqayıt Şəhər Uşaq xəstəxanası 140 çarpayılıqdı. Xəstəxananın 7 şöbəsində 413 tibb işçisi çalışır. Uşaq xəstəxanasının Yolxucu Xəstəliklər korpusu son 30 ildə təmir olunmuyub. Əsaslı təmir işlərinə ciddi ehtiyacı olduğuna və sanitar-gigiyenik qaydalarının tələblərinə cavab vermədiyinə görə sözügedən korpusda 7 ay bundan qabaq təmir işlərinə başlanıb və hal hazırda yekunlaşıb.Təmir olunan 55 çarpayılıq tibb ocağı ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunub.Xəstəxananın əsas korpusunda da cari təmir işləri aparılıb,müasir avadanlıqlar quraşdırılıb. Belə ki, somatik reanimasiya, yeni doğulmuşların patalogiyası, pediatiriya və cərrahiyə şöbələrinin hər biri müasir tibb avadanlığı, küveyslər və dərman preparatları ilə təmin olunub. İstifadəyə verilən bu səhiyyə obyekti vətəndaşların və tibb işçilərinin rahatlığına, onların öz potensiallarından daha səmərəli istifadə etmələrinə imkan verəcək.
Müzakirə qapadılmışdır.