Sumqayıt Şəhər Uşaq Xəstəxanasının Yolxucu Xəstəlikər korpusu əsaslı təmir olunub – FOTOLAR

3504

Son bir ildə Sumqayıt şəhərində səhiyyə müəssisələrinin  əksəriyyəti əsaslı təmir edilib. Sumqayıt şəhər uşaq Xəstəxanasının Yolxucu Xəstəliklər korpusu da əsaslı  təmirdən sonra sakinlərin istifadəsinə verilib. Burda körpə uşaqların müalicə və müayinəsi üçün hər cür şərait yaradılıb.

Yolxucu Xəstəliklər korpusunun açılış mərasimində  çıxış edən Sumqayıt Şəhər İcra hakimiyyəti başçısı Zakir Fərəcov  səhiyyəyə göstərilən dövlət qayğısından danışaraq  bildirdi ki, ölkəmizdə uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan  tibb müəssisələrinin inşası Azərbaycan dövlətinin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür. Bu istiqamətdə Sumqayıtda da mühim işlər görülüb. Qeyd olundu ki, Sumqayıtda  da son 1 ildə  şəhər 1 nömrəli  Doğum Evi,1 saylı Poliklinika , 4 nömrəli Uşaq Poliklinikası, Onkoloji Xəstəxana  əsaslı təmir olunub, istifadəyə verilib. Hal hazırda isə təmirə ehtiyacı olan  tibb müəssisələrində təmir işləri gedir. Daha sonra şəhər rəhbərliyi və  tibb müəssisələrinin  nümayəndələri əsaslı təmirdən sonra istifadəyə verilən uşaq xəstəxanasının laboratoriya, fizoterapiya, rentgen, ulturasəs müainəsi, elektrokardeoqrafiya və digər müayinə otaqlarına, həmçinin palatalara baxdılar. Qonaqlara məlumat verildi ki, xəstəxanada istilik sistemi, elektirik avadanlıqları  da  yenilənib. Tibb ocağıının həyəti  abadlaşdırılıb, asfalt vurulub, yaşıllıq salınıb, xəstələrin istirahəti üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, 1956-cı ildə  tikilən  Sumqayıt Şəhər Uşaq xəstəxanası  140 çarpayılıqdı.  Xəstəxananın 7 şöbəsində 413 tibb işçisi çalışır. Uşaq xəstəxanasının Yolxucu Xəstəliklər korpusu son 30 ildə təmir olunmuyub. Əsaslı təmir işlərinə ciddi ehtiyacı olduğuna və sanitar-gigiyenik qaydalarının tələblərinə cavab vermədiyinə görə  sözügedən korpusda  7 ay  bundan qabaq təmir işlərinə başlanıb və hal hazırda yekunlaşıb.Təmir olunan 55 çarpayılıq tibb ocağı ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunub.Xəstəxananın əsas korpusunda da cari təmir işləri aparılıb,müasir avadanlıqlar quraşdırılıb. Belə ki, somatik reanimasiya, yeni doğulmuşların patalogiyası, pediatiriya və cərrahiyə şöbələrinin hər biri müasir tibb avadanlığı, küveyslər və  dərman preparatları ilə təmin olunub. İstifadəyə verilən bu səhiyyə obyekti vətəndaşların və tibb işçilərinin rahatlığına, onların öz potensiallarından daha səmərəli istifadə etmələrinə imkan verəcək.

DSC_0016- (1)DSC_0016- (2)DSC_0016- (5)DSC_0016- (6)DSC_0016- (7)DSC_0016- (8)DSC_0016- (10)DSC_0036DSC_0038DSC_0040DSC_0042DSC_0052DSC_0075DSC_0083DSC_0102DSC_0105DSC_0130DSC_0136DSC_0158DSC_0167DSC_0174DSC_0184DSC_0188DSC_0194DSC_0254DSC_0272

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər