Sumqayıt şəhərində 8 Noyabr – Zəfər Günü qeyd olunub – FOTOLAR

3722

Sumqayıt şəhərində 8 Noyabr – Zəfər Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, deputatlar, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Əvvəlcə hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Tədbirdə vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz 44 gün davam edən bu Vətən müharibəsində tariximizin möhtəşəm salnaməsini yaratdı.  Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Tarixini bu möhtəşəm qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya öz gücünü, haqq uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Bu zəfərlə rəşadətli ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistanın 30 illik işğalına son qoydu, məğlubiyyət  damğasını üzərimizdən götürdü.

Qeyd olunub ki, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə sentyabr ayının 19-20-də, cəmi 1 gün ərzində Qarabağda aparılan uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, konstitusiya quruluşu bərpa olundu. İndiyə kimi həyatını itirmiş bütün şəhidlərimizin qısası alındı.

Tədbir iştirakçıları Sumqayıtın Şəhidlər Xiyabanında ucaldılan Qalib əsgər abidəsi önünə gül dəstələri qoyublar, şəhidlərimizin əiz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanların məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər