Sumqayıt şəhərində avtomobil teplovozla toqquşub, ölən və xəsarət alanlar var

820

Teplovoz qezaSumqayıt şəhərində minik maşını teplovozla toqquşub. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Hadisə bu gün səhər saat 09.30 radələrində Bakı-Quba yolunun 40-cı kilometrliyində baş verib. Qusar rayon sakini, 1958-ci il təvəllüdlü Əzim Əliyev idarə etdiyi “Opel” markalı, 10 TL 892 dövlət nömrə nişanlı avtomobili dəmir yol xəttini keçmək istəyərkən Şiraslan İskəndərovun idarə etdiyi hərəkətdə olan teplavoza çırpıb. Qəza nəticəsində sürücü Ə. Əliyev aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Minik maşınında olan digər sərnişinlər – Güludə Muradova və Rəhim Mirsultanov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin istintaq şöbəsi tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər