Sumqayıt şəhərində bomba həyəcanı

1368

Sumqayıtda əhalinin sıx toplaşdığı əraziyə bomba qoyulması barədə polisə məlumat daxil olub

Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edən naməlum şəxs özünü Orxan kimi təqdim edərək Sumqayıt şəhərinin 17-ci mikrarayon ərazisinə bomba qoyulması barədə məlumat verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, Sumqayıt şəhər Polis İdarəsinin və şəhər Prokurorluğunun əməkdaşları çıxıb. Həyata keçirilən axtarış tədbirləri nəticəsində məlumat təsdiqini tapmayıb.

Polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində anonim zəngin Qubadlı rayon sakini, 1986-cı il təvəllüdlü Cəlaləddin Əsədov adlı şəxsə məxsus mobil telefondan edildiyi müəyyən edilib. Polisi aldadan şəxsin isə Sumqayıt şəhər 39 saylı orta məktəbinin 8-ci sinif şagirdi Seyran Saməddin oğlu Baxışov olduğu məlum olub. Polis tərəfindən saxlanılan S. Baxışov C. Əsədova məxsus mobil telefondan zəng edərək yalan məlumat verdiyini etiraf edib.

Fakt üzrə toplanmış materiallar araşdırılması üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər