Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Sumqayıt şəhər Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində əmək yarmarkası keçirilib.
Sumqayıt Dövlət Universitetində keçirilən əmək yarmarkasında 10-u dövlət, 20-si qeyri-dövlət sektoruna aid olan, ümumilikdə, 30 müəssisə üzrə 270 boş (vakant) iş yeri işsiz və iş axtaran vətəndaşlara təklif edilib. Təklif edilən iş yerlərindən 77-si dövlət müəssisələrindən, 193-ü isə qeyri-dövlət müəssisələrindən olub.
Əmək yarmarkasında müvəqqəti işlərə və ödənişli ictimai işlərə cəlb olunmaq istəyən şəxslərin də qeydiyyatı aparılıb.
Bildirilib ki, 2018-ci ilin 9 ayı ərzində Məşğulluq Mərkəzi tərəfindən 4208 nəfər işaxtaran kimi qeydiyyata alınıb, şəhər icra hakimiyyətinin yaxından köməyi ilə 2294 nəfər işlə təmin olunub, 70 nəfər isə peşə kurslarına cəlb edilib.