Sumqayıt şəhərində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır- FOTO

2088

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq şəhər ərazisində kompleks abadlıq-quruculuq işləri həyata keçirilir.

Şəhər ərazisində həyata keçirilən kompleks tikinti-quruculuq işlərinin bir hissəsini də çoxmənzilli yaşayış binalarının təmiri və yenidən qurulması təşkil edir. Ötən dövr ərzində 1300-ə yaxın yaşayış binasının dam örtüyü vurulub, binaların fasadları yenilənib, müasir liftlər quraşdırılıb. Yüzlərlə binanın girişləri təmir olunub, dəmir qapılar quraşdırılıb.

Bu işlər hazırda da davam etdirilir. İlin sonuna kimi 55 binanın fasadının yenilənməsi, girişlərinin və pilləkən qəfəslərinin təmir olunması nəzərdə tutulub.

Sumqayıtda yol-nəqliyyat infrastrukturunun  yenidən qurulması istiqamətində də irimiqyaslı işlər həyata keçirilir. Hazırda şəhərdaxili küçələrin, eləcə də məhəllədaxili yolların asfaltlanması işləri davam edir.

Uzunluğu 7,5 kilometr olan Sahil küçəsində təmir işləri həyata keçirilir. Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənir. Yola ümumilikdə 80 min kvadratmetr asfalt örtüyü vurulacaq. Sahil küçəsində velosiped zolağının salınması da nəzərdə tutulub.

İlin sonuna kimi məhəllə və mikrorayon daxilində 92 min, ətraf qəsəbələrdə isə 100 min kvadratmetr əraziyə asfalt örtüyünün vurulması planlaşdırılır.

Sumqayıt şəhərində piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yeni piyada səkiləri inşa edilir, mövcud piyada səkilərinə tamet daşlar döşənir.

Hacı Zeynalabdin və Corat qəsəbələrində nümunəvi məhəllələrin yaradılması üçün işlərə başlanılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər