Sumqayıt şəhərində genişmiqyaslı dezinfeksiya işləri aparılıb

1083

COVİD-19 virusuna yoluxma hallarının qarşısının alınması məqsədi ilə Sumqayıt şəhərində genişmiqyaslı dezinfeksiya işləri aparılıb.

Şəhər ərazisində bütün sahələrdə – küçələrdə, məhəllələrdə, ticarət şəbəkələrində, digər sənaye müəssisələrində, yaşayış binalarında və insanların daha çox istifadə etdiyi məkanlarda dezinfeksiya işləri həyata keçirilib.

Park və xiyabanlarda oturacaqlar, insanların ən çox istifadə etdiyi məkanlar olan bankların, marketlərin girişləri, dayanacaqlar, ictimai nəqliyyat vasitələri dezinfeksiyaedici məhlullarla təmizlənib.

Sumqayıt şəhərində tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada bundan sonra da davam etdiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər