“Azərsu” ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, H.Z.Tağıyev qəsəbəsində yerləşən mərkəzi nasos stansiyasında aparılan təmir işləri ilə əlaqədar dekabrın 18-də saat 08:00-dan başlayaraq gün ərzində Sumqayıt şəhərinin S.Vurğun küçəsi boyu yerləşən ərazilərinə – Sənaye zonası daxil olmaqla “Kimyaçılar”, “Köhnə kottec” yaşayış massivlərinə və 26-cı məhəlləyə içməli suyun verilməsində fasilələr olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.