Sumqayıt şəhərində Peşələr Festivalı keçirilib -FOTOLAR

840

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə keçirilən Peşələr Festivalının növbəti dayanacağı Sumqayıt şəhəri olub.
Festivalda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Agentliyin idarə heyətinin sədri Mustafa Abbasbəyli, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının müavini Teymur Səmədov, millət vəkili Müşfiq Məmmədli, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak edib.
Tədbirdə yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolu yüksək qiymətləndirilib.
Bildirilib ki, ölkənin 10 rayon və şəhərində “Öyrən, Əylən, Peşəni seç” devizi ilə, müxtəlif peşələr üzrə ekspertlərin iştirakı ilə keçiriləcək festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənəcək. Daha sonra qonaqlar festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər.
Növbəti festival 19 may 2022-ci il tarixində Lənkəranda keçiriləcək. Festivalda iştirak ödənişsizdir.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər