Sumqayıt şəhərində qanvermə aksiyasına başlanıldı - VİDEO

1349

Ölkəmizdə irsi qan xəstəlikləri ilə mübarizə aparılması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür və bunun nəticəsi kimi bəhs olunan sahədə böyük irəliləyişlər əldə edilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri xanım Mehriban Əliyevanın qayğısı nəticəsində Respublika Talassemiya Mərkəzində xəstələrin normal həyat fəaliyyəti təmin olunur, talassemiyalı xəstələr bu mərkəzdə daimi müalicə alır, eləcə də müvafiq tədbirlər nəticəsində qan və onun komponentləri ilə təmin edilirlər.
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığı nəzərə alınaraq Heydər Əliyev Fondu cəmiyyətə çağırış etmişdir. Heydər Əliyev Fondunun çağırışına cavab olaraq Sumqayıt şəhərində də qanvermə aksiyasına başlanılıb.
Qeyd edək ki, koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı bir vaxtda bu infeksiyaya daha çox immuniteti zəif və qanı normadan aşağı olan insanların daha tez yoluxma ehtimalını, onların risk qrupuna aid olduqlarını nəzərə alaraq, cəmiyyətin diqqətinin bu sosial məsələyə yönləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Şəhər sakinlərindən könüllü olaraq bu xeyirxah aksiyada iştirak etmək istəyənlər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında yerləşən qan bankına müraciət edə bilərlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər