Sumqayıt şəhərində soyğunçuluq edən şəxslər məsuliyyətə cəlb olunublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 12-də Z.Arıqovanın içərisində pul və mobil telefon olan cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəhər sakinləri İ.Səfərov və H.Hüseynov şəhər polis idarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıblar.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.