Sumqayıt şəhərində təhlükəli məişət cihazları aşkar edilib

1170

FGcg3txHStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 3 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi Sumqayıt şəhərində uyğunluq sertifikatı olmayan, təhlükəli, qazla işləyən məişət cihazlarının satışını qadağan edib.

Uyğunluq sertifikatı olmayan qazla işləyən təhlükəli məişət cihazlarından istehlak bazarını qorumaq məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi monitorinqlərini davam etdirir. Komitənin 3 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları bununla bağlı olaraq Sumqayıt şəhərində araşdırma aparmışlar.

Müəyyən olunmuşdur ki, fiziki şəxs B.İsgəndərova məxsus mağazada Türkiyə istehsalı olan “Süsler” və “Silver” nişanlı qaz plitələri, fiziki şəxs E.Umudova məxsus mağazada Almaniya istehsalı olan “BOSCH” nişanlı su qızdırıcıları, fiziki şəxs A.Əhmədova məxsus mağazada Türkiyə istehsalı olan “DELUX” nişanlı məişət qaz sobaları, fiziki şəxs C.Mehdiyevə məxsus mağazada Çin istehsalı olan “SAMSUNQ” nişanlı su qızdırıcıları, fiziki şəxs V.Canıyevə məxsus mağazada Çin istehsalı olan “SAMSUNQ” nişanlı məişət qaz sobaları, fiziki şəxs P.Əliyevə məxsus mağazada Çin istehsalı olan “NOKİA” nişanlı məişət qaz sobaları, fiziki şəxs T.Süleymanovaya məxsus mağazada İran istehsalı olan “MARSHALL” nişanlı məişət qaz sobaları, fiziki şəxs B.Məmmədovaya məxsus mağazada Türkiyə istehsalı olan “BEKO” nişanlı məişət qaz plitələri, fiziki şəxs Ş.Abdinova məxsus mağazada Çin istehsalı olan “SAMSUNQ” nişanlı məişət qaz sobaları sertifikatlaşdırılmadan satışa çıxarılmışdır.

Müəssisə rəhbərlərinə yoxlama nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə İradnamə, məişət qaz cihazlarının satışının qadağan edilməsi barədə Tələbnamə verilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər