“SUMQAYIT GƏNCLƏRİNİN HÜQUQİ MAARİFLƏNDİRİLMƏSİ” İCTİMAİ BİRLİYİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN OLUNMADI
Dekabrın 29-da Bakı Apellyasiya Məhkəməsində hakim Səriyyə Seyidovanın sədrliyilə “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Milli Televiziya və Radio Şurasına qarşı 1 saylı Bakı İqtisad Məhkəməsinin qəbul etdiyi qətnamədən apellyasiya şikayətinə baxılıb.
Bu barədə ictimai birliyin verdiyi məlumata görə, prosesdə iddiaçı qismində çıxış edən qurumun vəkili Əsabəli Mustafayev Sumqayıt şəhərində yeni telekanalın açılması üçün Milli Teleradio Şurasının tezlik ayırmamasının qanunsuz sayılması və tezliyin verilməsi barədə qərar çıxarılmasını istəyib. Onun sözlərinə görə MTRŞ-nın bu addımı qanunvericilik və ölkənin qoşulduğu beynəlxalq konvensiyaların tələblərilə ziddiyyət təşkil edir və 1 saylı Bakı İqtisad Məhkəməsinin hakimi Müseyib Bayramov da bu qanun pozuntularına şərik çıxıb. Təşkilatın prezidenti Elçin Məmməd isə hazırda Sumqayıt şəhərində yalnız bir yerli telekanalın fəaliyyət göstərdiyini deyib və bildirib ki, bu, yarım milyona yaxın əhalisi olan bir şəhər üçün xeyli aşağı göstəricidir. O, Sumqayıt əhalisinin minimum ehtiyac meyarının öyrənilərək yeni telekanalın açılması üçün 5 min nəfərə yaxın sakinin imzasının toplandığını və iş materiallarına əlavə edildiyini də vurğulayıb.
Milli Teleradio Şurasının nümayəndəsi Toğrul Məmmədov iddianı əsasız hesab edərək Sumqayıt şəhərində bir yerli telekanalın fəaliyyət göstərdiyini, ölkə üzrə yayılan 8 telekanalın Sumqayıt ərazisində yayımlandığı üçün yeni telekanalın açılmasına ehtiyac olmadığını deyib. Onun sözlərinə görə İqtisad Məhkəməsinin çıxardığı qərar qanunauyğundur və birliyin şikayəti təmin edilməməlidir.
Bakı Apellyasiya Məhkəməsi “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin apellyasiya şikayətini təmin etməyib.
Qətnaməyə münasibət bildirən E.Məmməd hüquqi mübarizəni davam etdirmək əzmində olduqlarını və kassassiya şikayəti verəcəklərini deyib. Onun sözlərinə görə hüquqi mübarizəni Avropa İnsan Haqları Məhkəməsinə qədər davam etdirəcəklər.
Sumqayitda, DTV kimi , sovet epoxasini xatirladan hətta sumqayitlilarin belə çox az baxdiği kanal ola-ola müstəqil kanalin açilmasina çətin ki,yaxin zamanlarda icazə versinlər.Çünki bizdə qanun şah deyil, şah qanundur və yazilmiş qanunlardan çox yazilmamiş qanunlar işləkdir.
inandirici gelmir kanal acilsin…
Salam cox usterdm yeni telkanal acilsin ve seviyyeli.DTV den tebiiki secilmelidir ki,her kesin maragina sebeb olsun.Kadrlar dtv de ki,kimi tanishlar yox ,pesekarlar olsun.Cox isterdim men de yeni cilacaq telekanalda bir verilishle efirleri bezeyim .070 335 34 00 belkede ,bu lahiye heyata kecer,men de yada duserem.Cox sag olun,ugurlar.
Siz DTV-ni kanal hesab edirsiniz? Mən o kanala nə vaxt baxmışamsa yadima gəlmir.
SALAM AXSAMINIZ XEYIR ISDERDIM KI DUNYA TV BAKIDA GOSDERSIN DUNYA TV ANSTV YE BASKA KANALLARA BAXANDA YAXSI KANALDIR BIRDE DUNYA TV DEN XAYISIM ACIQ SACIQ FILIMLER VERMMESIN MEN MEDRESEDE QURAN MELLMIYEM TSKLER