Sumqayıt şəhərində yerləşən Alman əsgərlərinin məzarlığı ziyarət olunub. Ziyarətdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann, Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman və Avstriya səfirliyinin nümayəndələri iştirak edib.
Öncə Əsirlərin xatirəsinə ucaldılan abidə önünə əklillər qoyulub. Onlar xatirələri yad edilib.
Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov bildirilib ki, Azərbaycanda atılan tolerant addımlar dünyaya nümunə kimi göstərilir. Qeyd olunub ki, qəbirstanlıqda 311 məzar var. Ümumilikdə Azərbaycanda İkinci Dünya müharibəsi iştirakçıları olan əsirlərin dəfn olunduğu 11 məzarlıq və 2986 məzar var. Onlardan biridə Sumqayıt şəhərində yerləşir.
Almaniyanın və Macarıstanın ölkəmizdə olan fövqəladə və səlahiyyətli səfirləri göstərilən diqqətdən razı qaldıqlarını bildiriblər.Bildirək ki,Məzarlıqda dəfn olunan 311 girovdan 269-u alman əsilli olub, qalanları avstriyalı və macardır. Əsirlər Sumayıtın salınmasında iştirak edib və müxtəlif səbəblərdən dünyasını dəyişərək burada dəfn olunublar.
Müzakirə qapadılmışdır.