Sumqayıt şəhərindəki 6-cı mikrorayon ərazisində şəhər sakini Etibar Tapdıqov “Nissan” markalı avtomaşını idarə edərkən şəhər sakini Oqtay Quliyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş O.Quliyev orada dünyasını dəyişib. Sumqayıt ŞPİ tərəfindən araşdırmalar aparılır.