Sumqayıtın Tarixi Muzeyində Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt Bələdiyyəsinin birgə təşkilatçılığı ilə şəhərin abadlığının qorunması ilə bağlı tədbir keçirilib.
Görüşdə ictimaiyyət nümayəndələri, Bələdiyyənin məhəllə komitələrinin sədrləri və media nümayəndələri iştirak ediblər.
Sumqayıt şəhər İcra Hakimiyyətinin müavini Teymur Səmədov çıxış edərək Sumqayıtda son 2 il ərzində aparılmış yenidənqurma, abadlıq-quruculuq işləri barədə məlumat verib. T.Səmədov qeyd edib ki, şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun başçılığı altında həyata keçirilən bu işlər çoxspektrli xarakter daşıyır və bütün sahələri əhatə edir.
“Nəhəng layihələrlə yanaşı, məhəllədaxili yollar təmir olunur, zirzəmilər, dam örtükləri dəyişdirilir, sakinləri narahat edən digər məsələlər həll edilir. Ancaq hər bir vətəndaşın, sakinin də borcudur ki, görülən işlərə dəstək versin, qurulmuş infrastrukturun qorunub-saxlanmasına diqqət ayırsın” – deyə icra başçısının müavini əlavə edib.
Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov da şəhərdə aparılan quruculuq işləri barədə danışıb, bu işlərin dinamik şəkildə davam etdiyini diqqətə çatdırıb. Sədr Sumqayıt Bələdiyyəsinin də bu işlərə imkanları daxilində dəstək verdiyini bildirib, görülən işlər barədə məlumat verib. S.Əsədov da sakinləri də şəhərin abadlaşmasına dəstək verməyə çağırıb.
Sumqayıt Ağsaqqalar Şurasının sədri Müzəffər Gülümov və başqalarının çıxışlarında da şəhərdə aparılan quruculu işlərinə görə minnətdarlıq ifadə olunmaqla yanaşı, hər bir sakinin ətraf mühiti, şəhərin ekologiyasını və abadlaşdırılmış əraziləri qorumalı olduğu çağırışı ifadə olunub.
Sumqayıt şəhərinin abadlığının qorunması ilə bağlı görüş keçirilib
•
669