Sumqayıt şəhərinin davamlı energetika üzrə ilkin planı hazırlanır

882

Dünən Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev Avropa Birliyinin İNOGATE proqramının SEMİSE (MDB ölkələrində Enerji bazarlarının inteqrasiyası və davamlı energetika siyasətinə dəstək) layihəsi üzrə Sumqayıt şəhərinə səfər edən nümayəndə heyətini qəbul edib.

Görüş zamanı V. Əliyev qonaqlara Sumqayıt şəhəri haqqında ətraflı məlumat verib. Sumqayıtın sənaye şəhəri olduğunu qeyd edən şəhər başçısı son illər sənaye müəssisələrinin yenidən qurulması, kiçik və orta sahibkarlığın dəstəklənməsi, şəhər infrastrukturunun əsaslı təmiri və bərpası, genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, eləcə də sosial sahələrin inkişafı sayəsində Sumqayıtın müasir şəhərə çevrildiyini bildirib.

Nümayəndə heyəti səmimi qəbula və Sumqayıt haqqında geniş məlumata görə şəhər rəhbərinə minnətdarlıqlarını bildiriblər. Nümayəndə heyətinin rəhbəri, davamlı energetika üzrə mütəxəssis Larri Qud Sumqayıt şəhərində istixana qazlarının miqdarının qiymətləndirilməsi və şəhərin energetika planının hazırlanması üzrə layihə həyata keçirildiyini, may ayında hər iki sənədin şəhər İcra hakimiyyətinə təqdim olunacağını qeyd edib. Görüşün sonunda qonaqlara Sumqayıt şəhəri haqqında bələdçi kitabı və xatirə hədiyyəsi təqdim edilib.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən İNOGATE proqramı çərçivəsində icra olunan SEMISE layihəsi kiçik texniki yardımlar üzrə proqramdır və əsasən avropalı mütəxəssislərin sifarişçi ölkəyə səfəri formasında icra olunur. “Sumqayıt şəhərinin Merlər Sazişinə qoşulmasına hazırlıq” layihəsi iki istiqamət – Sumqayıtda istixana effekti yaradan qazların reyestri üçün Texniki Tapşırığın hazırlanması və energetika inkişafının idarəetmə planının hazırlanması üzrə texniki dəstəyin göstərilməsini nəzərdə tutur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər