Sumqayıt şəhərinin nümayəndə heyəti Tbilisidə beynəlxalq konfransda iştirak edib

1008

25-26 iyun 2009-cu il tarixlərində Sumqayıt şəhərinin nümayəndə heyəti Tbilisidə təşkil edilmiş “Avropa Qonşuluq siyasətində şəhərlərin rolu” adlı konfransda işrtirak edib. sumqayitxeber.com saytına Sumqayıt şəhər İcra Hakimiyyətindən verilən m\lumata görə nümayəndə heyətinin tərkibi şəhər İcra hakimiyyəti başçısının müavini Ramiz Həsənov və şəhər Bələdiyyəsinin sədr müavini Akif Kərimovdan ibarət olub.

Konfrans Avropa şəhərləri arasında səmərəli əməkdaşlıq əlaqələri qurmaq, Avropa Qonşuluq Siyasətinin əhatə etdiyi ölkələrin şəhərləri ilə Avropa İttifaqı üzvü olan dövlətlərin şəhərləri arasında yeni tərəfdaşlıq imkanlarını müəyyən etmək məqsədi daşıyırdı. Konfransda çıxış edən Sumqayıt şəhər İcra hakimiyyəti başçısının müavini R.Həsənov Sumqayıtın beynəlxalq əlaqələri barədə iştirakçılara məlumat verib, Avropa şəhərləri ilə əməkdaşlığın ildən-ilə daha da genişləndiyini bildirib: “Avropa İttifaqına üzv ölkələrdən Almaniyanın Lüdviqshafen və İtaliyanın Bari şəhərləri ilə partnyorluq sazişi imzalamış Sumqayıt şəhəri hazırda Avstriyanın Lints şəhəri ilə danışıqlar aparır. Cari ildə Avropanın mədəniyyət paytaxtı elan olunmuş Lints şəhərinin meri cənab Frants Dobuş əməkdaşlıq əlaqələrini rəsmiləşdirmək məqsədilə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısına dəvət məktubu ünvanlamışdır və yaxın aylarda Lints ilə də müvafiq sənədin imzalanması gözlənilir”.

Konfransdan sonra nümayəndə heyəti Tbilisinin meri Gigi Uqulava ilə görüşüb. Azərbaycanın nümayəndə heyətinə öz minnətdarlığını bildirən G.Uqulavaya Sumqayıt şəhər İcra hakimiyyəti başçısı adından xatirə hədiyyəsi təqdim edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər