Sumqayıt şəhərinin səhiyyə sistemi yenidən qurulur - VİDEO

3467

Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Son illərdə səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub, tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub.  Sumqayıt şəhərində də tibb müəssisələri əsaslı təmir edilir,ən son tibbi avadanlıqlaral təhciz edilir.Bütün bunlar bir məqsədə əhalinin sağlamlığının keşiyində durmağa xidmət edir.2017-ci il Sumqayıt səhiyyəsi üçün uğurlu il olub.

Səhiyyə müəssisələrinin təmiri və bərpası, ən müasir avadanlıqla təchiz edilməsi, vətəndaşların pulsuz dərman preparatları ilə təmini, müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, uşaqların bütün növ tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə  sahəsində islahatların əsasını təşkil edir. Bu məqsədlə regionlarda da yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicəni, əməliyyatları həyata keçirməyə imkan verən yeni müəssisələr yaradılır,ehtiyacı olanlar əsaslı təmir edilir.Sumqayıt şəhərində də bu işlər uğurla davam edir.Şəhər İcra akimiyyətinin birbaşa nəzarəti və dəstəyi ilə   1və 2  nömrəli  Doğum Evi,1,2 və 3  saylı Poliklinika ,Diş Poliklnikası,  Uşaq Poliklinikası, Onkoloji Xəstəxana,Uşaq Xəstəxanasının yolxucu Xəstəliklər korpusu , 1 saylı  Qadın Məsləhətxanasında əsaslı təmir işləri gedib.Təmir işləri tam başa çatmayan müəssilərdə isə hazırda işlər davam edir. Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün şəhər 1 saylı və şəhər 2 saylı Doğum Evləri əsaslı təmir edilib,müasir tibbi avadanlıqlarla təhciz edilib.

1 saylı Qadın Məsləhətxanasında müalicə alan Zöhrə Süleymanova hazırkı tibb müəssisələrinin şəraitindən çox razılıq bildirdi.Gözəl şəraitlə yanaşaı gülər üz qarşılanmaq onu sağalamağa  daha tez ruhlandırıb.

Şəhərin bütün sahəsində gedən abadlıq-quruculuq işləri ,eləcə də tibb müəssisələrinin  əsaslı təmiri dövlət başçısnıın birbaşa şəhərə olan  diqqət və qayğısının bəhrəsidir və həkimlərin də vəzifəsi əhalinin sağlamlığının keşiyində durmaqdır.

Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev: “Yaxşı şəraiti olmadan,yaxşı tibbi avadanlıq olmadan,yaxşı mühit olmadan həkim əaliyə yaxşı xidmət göstərə bilməz.Məhz buna görə də,həmişə həkimlərə dəstək olduğuna görə də cənab prezidentimiz İlham Əliyevə bütün tibb işçiləri adından dərin minnətdarlığmı bildirirəm.Söz veririk ki,cənab İlham Əliyevin əhaliyə göstərdiyi bu qayğının nəticəsi olaraq biz səhiyyə işçiləri də günün tələblərinə uyğun olaraq işimizi quraq və Sumqayıt şəhər əhalisinə bacardığımızdan da bir az çox əhalimizə tibbi xidmət göstərək ki,əhalimiz razı qalsın.2017 ci il Sumqayıt şəhəri ,Sumqayıt səhiyyəsi üçün ən uğurlu il olmuşdur.Məhz cənab prezidentimiz İlham Əliyevin Sumqayıta hər gəlişi əhali arasında böyük rəğbətlə qarşılanmışdır.Bundan rulanan səhiyyə işçiləri də əhaliyə xidməti günün tələbləri səviyyəsində qoymuşdur.Cənab prezidentin göstərişi ilə bütün regionlarda olduğu kimi Sumqayıt şəhərində də avadanlıqları sıradan çıxmış,köhnəlmiş tibb idarələri yenidən qurulur,yenidən əsaslı və cari təmirdən keçirilir,yeni yeni müasir tibbi avadanlıqlarla təmin olunur.Məhz bunun sayəsində yaxşı mühit yarandığına görə,yaxşı tibbi avadanlıq olduğuna görə həkimlər də vətəndaşlara günü tələbləri səviyyəsində xidmət etməyə,başlayır.Yəni yaxşı mühit olmadan,yaxşı avadanlıq olmadan,yaxşı şərait olmadan həkim nə qədərə savadlı olsa belə əhaliyə yaxşı xidmət göstərə bilmir.Buna görə də bütün tibb idarələri Sumqayıt şəhərində yenidən qurulur,yenidən tikilir,yenidən təmir olunur,yeni avadanlıqlaral təmin olunur və eyni zamanda əhaliyə günün tələbləri səviyyəsində xidmət göstərilir.Həkimlər və orta tibb işçiləri vaxtı vaxtında kurslardan keçirilir.Onlar bəziləri xarici ölkələrdə öz təhslini ixtisasını artırmaq üçün xarici dövlətlərə də hətta göndərilir və savadlı kadrlarla tibb idarələri günün tələbləri səviyyəsinə uyğun olaraq təmin olunur.”

Tibb müəssisələrində müalicə olunan xəstələrin ərzaq və dərman preparatları ilə təchizatı daha da yaxşılaşdırılıb, istifadə olunan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların çeşidi artırılıb.

 Müasirləşib gözəlləşən Sumqayıtda sakinlər tibb müəssisələrinə  müraciət edəndə  aparılan  yenidənqurma işləri onları sevindirir və bunu onlar dövlətin vətəndaşlara olan yüksək qayğısı kimi qiymətləndirirlər.

www.sumqayitxeber.com

Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər