SUMQAYIT ŞƏHƏRİNİN SOSİAL-İQTİSADİ İNKİŞAFINDA HEYDƏR ƏLİYEVİN TARİXİ XİDMƏTLƏRİ

1326

Sumqayıt şəhərinin bu il 70 yaşı tamam oldu və bu əlamətdar hadisə dövlət başçısının nəzərindən yayınmadı. Bütün məsələlərdə Sumqayıta yüksək diqqət göstərən, hər bir problemin həlli üçün zəruri tədbirlərin görülməsi məqsədilə operativ və düşünülmüş qərarlar verən ölkə Prezidenti İlham Əliyevin 2019-cu il 14 fevral tarixli Sərəncamı ilə Sumqayıt şəhərinin 70 illik yubileyinin geniş miqyasda və təntənəli şəraitdə qeyd olundu. Daha böyük əlamətdar hadisə isə dövlət başçısının 2019-cu ilin noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirakı və dərin məzmunlu geniş nitq söyləməsi olmuşdur. Həmin nitqində Prezident İlham Əliyev Ulu Öndərin Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında Heydər Əliyevin tarixi xidmətləri ilə bağlı demişdir: “Heydər Əliyevin fəaliyyəti dövründə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf etdi, burada yeni yaşayış binaları tikildi, sosial obyektlər yaradıldı, parklar, xiyabanlar salındı, ağaclar əkildi və Sumqayıt Sovet İttifaqı müstəvisində mühüm ümumittifaq əhəmiyyətli sənaye şəhəri kimi inkişaf etmişdir…Ulu Öndərin Sumqayıt şəhərinə də həmişə çox isti münasibəti olmuşdur. Həm sovet vaxtında, həm də müstəqillik dövründə dəfələrlə Sumqayıtda olmuşdur… Bu gün burada bizim görüşməyimiz həm rəmzi xarakter daşıyır, həm də təbiidir. Bu, tarixi həqiqəti təsdiqləyir. Bu binada Ulu Öndərin ruhu var. O, Sumqayıtı gözəl, müasir, havası təmiz, insanlar üçün rahat şəhər kimi görmək istəyirdi. O siyasi vəsiyyətində demişdi, bir çox işlər görülüb, amma görə bilmədiyimiz işləri bizim davamçılarımız görəcəkdir. Şadam ki, belə də oldu”. Bütün bunlar Ulu Öndərin Sumqayıtın sosial-iqtisadi inkişafında tarixi xidmətlərinə verilən böyük qiymətdir və bu baxımdan ümummili liderimiz Heydər Əliyevin tarixi xidmətləribarədə fikirlərimi Sizinlə bölüşməkdən dərinliklə məmnunam.

Sumqayıtın 70 ildə keçdiyi tarixi və şərəfli, xariqələr və qəhrəmanlıq səhifələri ilə zəngin olan inkişaf yolu doğma Azərbaycanımızın tərəqqisində, güclənməsində, iqtisadiyyatı­nın şaxələndirilməsində mühüm hadisələrlə yadda qalmışdır. 70 il ərzində əldə edilmiş nəticələr, formalaşdırılmış potensial, qaza­nılmış nailiyyətlər, möhkəmlənmiş adət və ənənələr, dünənə, bu günə və sabaha sağlam yanaşmalar, baxışlar, obyektiv qiymət­ləndirmələr mühüm əhəmiyyət kəsb edir.

Hələ XX əsrin 30-cu illərin ortalarından başlayaraq, keçmiş SSRİ-də geniş miqyasda sənаyеləşmə siyаsətinin reallaşdırıl­ma­sına stаrt vеriləndə, Аzərbаycаnın üzərinə iri sənаyе mər­kəzinin fоrmаlаşmаsı – Sumqаyıt sənаyе mərkəzinin yаrа­dıl­mаsı düş­dü. Belə bir şəraitdə Sumqayıtın yaradılması pro­seslərinə başla­nıldı, amma Hitler Almaniyasının keçmiş SSRİ üzərinə qəfil hücumu və müharibə ilə əlaqədar bu proseslər müvəqqəti olaraq dayandırıldı. Müharibə başa çatmamış, Sumqаyıt sənаyе mərkəzi fоrmа­lаşdırılmаğа və bir-birinin аrdıncа iri mеtаllurgiyа, kimyа və nеftkimyа zаvоdlаrı tikilməyə bаşlаnıldı. Qеyd еtmək lаzımdır ki, bu tip iri müəssisələrin, qurğulаrın əksəriyyəti хаmmаl və yаrımfаbrikаt təyinаtlı idi və keçmiş ittifaqın plаnlı хаlq təsərrüfаtı iqtisаdiyyаtının tələbələrinə uyğun fəаliyyət göstə­rirdi.

Artıq 1949-cu ilədək aparılan quruculuq və tikinti işləri, Sumqayıtın ərazisində yaradılan sənaye müəssi­sələri, əhalinin sürətlə artması, hər tərəfdən Sumqayıta işçi qüvvəsi axınınınintensivləşməsi, şəhərdə sənaye infrastrukturunun gücləndirilməsi, şəhər infrastrukturunun yaradılması istiqa­mətində addımların atılması artıq Sumqayıtın bir şəhər kimi formalaşmasına dəlalət edirdi və bura şəhər adının verilməsinə zərurətin yaranmasını əsaslandıran ciddi arqumentlər var idi.

Belə bir şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin
22 noyabr 1949-cu il tarixli qərarı ilə Sumqayıt rayonu ləğv edilərək, bu rayonun bazasında Sumqayıt şəhəri yaradılmışdır.Bu tarixdən başlayaraq, Sumqayıt Azərbaycanın sosial-iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edən şəhəri kimi forma­laşmışdır. Sumqayıt şəhərinin yaranma tarixinə əhalinin sayı 17,2 min nəfər olmuşdur, müqayisə üçün qeyd edək ki, bu göstərici, 1939-cu ildə cəmisi 6,4 min nəfərə yaxın olmuşdur.

Sonrakı illərdə Sumqayıtın sosial-iqtisadi infrastrukturunun yaradılması prosesləri getmişdir və şəhər təsərrüfatının formalaşdırılması diqqət mərkəzində olmuşdur. 1950-ci ildən başlayaraq, 1970-ci ilədək olan dövrdə Sumqayıtda bir-birinin ardınca iri sənaye müəssisələri istismara verilmişdir. Mərkəz – Moskva bu sənaye şəhərində bir sıra xammal təyinatlı, həm də ətraf mühitə mənfi təsir edən müəssisələrin – kimya müəssisələrinin, həmçinin alüminium istehsalatlarını yaradılmasında maraqlı və israrlı idi. Bütün bunların nəticəsində Sumqayıtda sənaye potensialı gücləndirilsə də, şəhərdə ekoloji baxımından kifayət qədər problemlər yığılmışdı. Bundan əlavə, şəhər təsərrüfatının inkişafı ilə bağlı proseslərdə lənglik var idi. İttifaq rəhbərliyi zavodların tikintisinə pul ayırdıqları zamanı, şəhər təsərrüfatı üçün vacib və zəruri olan əsaslı kapital qoyuluşu üzrə maliyyə resurslarını o qədər də həvəslə ayırmırdılar, ayıranda isə, bu məbləğlər şəhərin sosial-iqtisadi problemlərin həllinə kifayət etmirdi.

Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında əsaslı dönüş 1970-ci illərin əvvəllərindən başlamışdır. Bütün bu proseslərin təşəbbüskarı, yaradıcısı və ilhamvericisi o dövrdə respublikaya rəhbərlik etmiş ulu öndər Heydər Əliyev idi. Artıq 1970-ci illərin əvvəllərində Sumqayıt şəhərinin sənaye potensialının genişləndirilməsi, ondan maksimum səmərəli istifadə olunması məsələləri aktual­lığı ilə diqqət çəkmişdir. 1970-80-ci illərdə Sum­­qayıtda sənaye mərkəzinin yenidən qurulması, yeni istehsalat sahələ­rinin, müəs­sisələrin yaradılması, daha məhsuldar və səmərəli texno­lo­ji qurğuların istismara verilməsi, bunlarla bərabər mövcud istehsalatların yenidən qurulması tədbirləri geniş həcm­də həyata keçirilmişdir.

Ulu öndər Sumqayıtı daim diqqət mərkəzində saxlayırdı və həmin dövrdən başlayaraq, müstəqillik bərpasından sonrakı dövrlər də nəzərə alınmaqla, 16 dəfə Sumqayıta səfər etmişdir və onun hər dəfə Sumqayıtda olmasından sonra şəhərin sosial-iqtisadi inkişafına yeni təkan verilmiş, şəhərin dayanıqlı və tarazlı inkişafı üçün zəruri tədbirlər görülmüşdür. 1971-ci ildə “Kompres­sorlar” zavodu istifadəyə verilmişdir. Yaponiyanın “Nippon Elektrik İndustri” şirkətinin lisenziyası, avadanlığı əsasında qu­rul­muş müəsissədə soyuducular və dondurucular üçün motor-kompressor istehsal olunurdu.

1970-80-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə Sumqayıtda aparılan davamlı və dayanıqlı sosial-iqtisadi inkişaf prosesləri, xüsusilə Sumqayıtın güclü sənaye mərkəzinə çevrilməsi proqramı artıq 1980-ci illərin əvvəl­lərində yerinə yetirilmiş hesab oluna bilərdi.

1970-85-ci illərdə Sumqayıtda sənaye kompleksinin struktu­runun genişləndirilməsində və onun gücünün əhəmiyyətli səviyyədə artırılmasında ən iri tarixli layihə kimi “EP-300” qurğu­sunun tikintisini göstərmək mümkündür və bu məsələdə Heydər Əliyev qətiyyəti və iradəsi həlledici rol oynamışdır. Belə ki, respublikanın kimya sənayesinin inkişafını yeni səviyyəyə qaldırmaq üçün 1970-ci illərin sonlarından başlayaraq, Sum­qayıtda – “Sintetik kauçuk” zavodunda yeni və unikal texnoloji kompleksin – “EP-300” qurğusunun inşası üçün geniş miqyaslı işlər başlamışdır. Bu qurğunun Sumqayıta gətirilməsində əsas məqsəd – Bakı neft emalı zavodlarının karbohidrogen xamma­lın­dan etilen və propilen istehsalının təşkil edilməsi idi. Amma, mərkəzdə – Moskvada bunu istəmirdilər və “EP-300” qurğu­sunun Sumqayıtda tikilməsini əngəlləyirdilər. Heydər Əliyevin prinsipiallığı və rəhbər qətiyyəti sahəsində keçmiş SSRİ rəh­bərliyinin razığı alınmış və “EP-300” qurğusunun Sumqayıta gətirilməsinə nail olunmuş, 1981-ci ildən inşaasına başlanılmış və 1987-ci ildə istismara verilmişdi.

«ЕP-300» qurğusunun istismаrа vеrilməsi prоsеsində “Sintеtik kаuçuk” zаvоdu “Sintеzkаuçuk” İstеhsаlаt Birliyinə çеvrildi və nəticədə bütövlüklə Аzərbаycаnın kimyа və nеftkim­yа sənаyеsi üçün vаcib хаmmаllаrın-еtilеnin, prоpilеnin sаbit istеhsаlı təmin еdildi, bir çох iri kimyа məhsullаrı istеhsаlı qurğulаrının pеrspеk­tiv inkişаf prоqrаmının аrtıq həyаtа kеçirilməsinə zəmin yаrаdıldı.

1970-1985-ci illərdə Sumqayıt dinamik və hərtərəfli bir inkişaf edən güclü sənaye şəhərinə çevrliməklə, Azərbaycanın sosial-iqtisadi inkişafına əhəmiyyətli tövhələr vermişdir. Həmin dövrdə respublikanın sənaye potensialının formalaşmasında və inkişafında Sumqayıt önəmli yeri tutumuşdur və neftlə bağlı olmayan sənaye müəssisələrinin əsas potensialı məhz Sum­qa­yıtda cəmlənmişdi. Sumqayıtda kimya və metallurgiya müəs­si­sələri ilə yanaşı, eyni zamanda digər profilli sənaye müəs­sisələri, o cümlədən, kompressorlar zavodu istismara verilmiş və bir neçə iri toxuculuq müəssisələri tikilmişdir. Toxuculuq müəs­sisələrinin kompleks şəkildə istifadəyə verilməsi Sum­qa­yıtda artan əhalinin işlə təminatı, ilk növbədə, qadınlar üçün layiqli iş yerlərinin yaradılması baxımından xeyli səmərəli ol­muşdu. Sumqayıtda həmin dövrdə yüksək bilik və bacarığa malik kadr­lar, mütəxəssislər yetişməsi üçün əlverişli şərait yaran­mışdı, elmi-tədqiqatların aparılması prosesləri geniş­lən­mişdi və s.

Həmin dövrdə Sum­qаyıtdа еlmi-tədqiqаt müəssisələri və Аzərbаycаn Sənаyе İnstitutunun Sumqаyıt filiаlı yаrаdılmışdır və hazırda bu ali təhsil müəs­sisəsinin bazasında Sumqayıt Dövlət Universiteti ugurla fəaliyyət göstərir.

Heydər Əliyev Sumqayıtın abadlaşdırılması, yaşıllaşdırılması sa­hə­sində görülən işlərlə bərabər, daha çox işlərin həyata keç­iril­məsinin vacibliyini qabardaraq belə demişdir: “Biz Sum­qa­yıta, onun gözəlliyinə, əzəmətinə, planlı tikilməsinə və yaşıl­lığına ürək­dən heyranıq. Lakin siz Sumqayıtı daha yaxşı, daha gözəl bir şəhərə çevirə bilərsiniz və çevirməlisiniz”.

Keçmiş SSRİ-nin süqutu ilə əlaqədar olaraq, 1990-cı illərin əvvəllərindən başlayan proseslər öz acı nəti­cələrini göstərdi və Sumqayıt şəhəri özünün sənaye poten­sialının əhə­miyyətli hissəsini itirdi, on minlərlə sənaye iş yer­lərindən məhrum oldu, bir çox iri qurğular işləmədik­lərindən sürətlə köhnəlməyə başladılar və tezliklə istismara yararsız vəziyyətə düşdülər. Bir sözlə, 1990-cı illərin ortala­rından Sum­qayıtın sənaye potensialının bərpa edilməsi və onun Azər­bay­canın sosial-iqtisadi inkişafında rolunun artırılma­sı üçün kompleks tədbirlərin görülməsi, strateji yanaşmaların tə­min edilməsi tələb olunurdu.

Bu çətin dövrdə ikinci dəfə hakimiyyətə gələn Ümummilli liderimiz Heydər Əliyevin tarixi səyləri nəticəsində Sumqayıt şəhərinin sənaye potensialının dirçəldilməsi, ümumilikdə, şəhərin sosial-iqtisadi inkişafının təmin edilməsi mümkün olmuşdur.

1995-2003-cü illərdə Sumqayıtın sənaye müəssisələrinin bir hissəsi modernizasiya olunmuş, şəhərin ekoloji prob­lemlərinin həlli istiqamətində zəruri addımlar atılmış, sənaye potensialının gücləndirilməsi tədbirləri görülmüşdür.

1999-cu ildə Sumqayıtın 50 illiyi ulu öndər Heydər Əliyevin xeyir-duası və rəhbərliyi altında qeyd olunmuş və Sumqa­yıtın 50 illiyi ilə bağlı ən yüksək qiyməti Heydər Əliyev özü vermişdir: “Sumqayıt şəhəri bütün Azərbaycanı təmsil edir. Azərbaycanın hər yerindən bu şəhərdə yaşayanlar var. Azərbaycanın elə bir guşəsini tapmaq olmaz ki, oradan gəlmiş bacılarımız, qardaşlarımız – vətəndaşlarımız bu şəhərdə yaşamasın. Bu Sumqayıt xüsusiyyəti əhəmiyyət­lidir. Ona görə də, Sumqayıt Azərbaycan xalqının birlik, həmrəylik şəhəridir, ölkəmizin dayağıdır, gözəl bir guşə­sidir”.

2004-cü ildən başlayaraq, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi, tapşırıqları və nəzarəti altında Sumqayıt daha da intensiv sosial-iqtisadi inkişaf fazasına daxil olmuş və hazırda bu proseslər ən yüksək səviyyədə davam etməkdədir. Sum­qa­yıtın 70 illik tarixində yadda qalan və unudulmaz hadisələr sırasında Prezident İlham Əliyevin 24 dəfə səfəri xüsusi yer tutur. Bu səfərlərin hər biri Sumqayıtın sosial-iqtisadi inkişafına yeni stimul və güclü təkan vermişdir.

Tam əminliklə deyə bilərik ki, Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi və iqtisadi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bütün bunları Sumqayıtın timsalında görmək mümkündür. Prezident İlham Əliyevin uğur­lu iqtisadi və sosial siyasətinin nəticəsində Sumqayıt öz şöhrə­tini bərpa etmiş, müasir sənaye mərkəzinə və dinamik inkişaf edən abad, gözəl şəhərə çevrilmişdir.

Sumqayıtda 200-dən çox sənaye yönümlü müasir texnologiya əsasında işləyən müəssisə fəaliyyət göstərir və ən önəmlisi odur ki, bu müəssi­sələrin əksəriyyəti müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyir. Sənaye müəssisələri ilə yanaşı, bu gün Sumqayıt özünün yeni inkişaf mərhələsini yaşayır. Dövlət başçısının möcüzə adlan­dırdığı Sumqayıt bulvarının dünyanın diqqət mərkəzinə düşmə­si olduqca qürurverici haldır. Son illərdə şəhərimizin hərtərəfli inkişafı təmin olunub. Bütün bunlar onu göstərir ki, Prezident İlham Əli­yevin diqqət və qayğısı Sumqayıtın yeni inkişaf mərhələsinin əsas zəmi­nidir:

2014-2018-ci illər ərzində Sumqayıt intensiv sosial-iqtisadi inkişaf prosesləri dövrünü yaşamış, şəhərin sənaye po­tensialı dəfələrlə artmış, şəhər təsərrüfatı yenilənmişdir. şəhər əhalisinin ümumi sayı, 2018-ci ildə 343,2 min nəfər təşkil etmişdir. Ümumi məhsulun həcmi 8,1 dəfəyə yaxın yüksəlmiş və 2 mlrd. manata yaxın olmuş, Sumqayıt şəhərinin ölkə ÜDM-də payı 2015-2018-ci illərdə 1,5 %-dən 2,5 %-dək artmış, 2004-2018-ci illərdə şəhərin sənaye sahələri üzrə məhsul buraxılışı 6,4 dəfə artmış və 2018-ci ilin yekununda 1265,3 mln. manat təşkil etmiş, Sumqayıtın ümumi məhsul buraxılışında sənayenin xüsusi çəkisi, 63,4 % təşkil etmiş, 2009-2018-ci illərdə şəhər üzrə ümumi məhsul buraxılışında özəl sektorun payı 45,9 %-dən66,1 %-dək yüksəlmiş, 2003-2018-ci illər ərzində şəhərdə infrastruktur layihələrinə 3 mlrd. manatdan çox investi­si­ya­lar qoyulmuşdur. Son 4 ildə isə – 2015-2019-cu illər ərzində Sumqayıtın inkişafı daha da sürətlənmişdir. Dövlət başçısının tapşırıqları və tövsiyələrinə uyğun olaraq və şəhər rəhbərliyinin səmərəli fəaliyyəti nəticəsində iri infrastruktur layihələri həyata keçirilmiş, şəhərin siması tamamilə yenilənmişdir. Sumqayıt regionun, Cənubi Qafqazın və dünyanın dinamik inkişaf edən və güclü potensiala malik sənaye şəhərlərindən birinə çevrilmişdir.

Şəfa Əliyev,

Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı və marketinq kafedrası”nın professoru, iqtisad elmləri doktoru, Beynəlxalq İqtisadçılar Assosiasiyasının üzvi

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər