Sumqayıt şəhərTəhsil şöbəsinin müdiri işdən azad olundu – YENİLƏNİR

1337

Təhsil Şöbəsindən faktı “sumqayitxeber.com”a təsdiqləyərək bildiriblər ki, M.Əliyev vəzifəsindən öz ərizəsi ilə azad olunub: “Mahal Əliyev öz ərizəsi ilə səhhətindəki problemlə əlaqədar işdən azad olunub. Bu gün Elgin müəllim (Sumqayıt şəhər icra başçısının müavini Elgin Həbibullayevi nəzərdə tutur – red. ) gəldi və bu barədə məlumat verildi”.

Xatırladaq ki, şəhər təhsil şöbəsinin müdiri Mahal Əliyev bir neçə ay öncə  təyin olunmuşdu.  O, bu vəzifədə Vidadi Bağırovu əvəz etmişdi.

***

“Sumqayitxeber.com”-un əldə etdiyi məlumata görə Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri vəzifəsindən azad olunub. Məlumatda bildirilir ki, Mahal Əliyev  səhhətini əsas gətirərəkişdən azad olunması xahişi ilə özü ərizə ilə müraciət edib. 

Müvəqqəti olaraq  Sumqayıt şəhər Təhsil şöbəsinin müavini Vaqif Alekperov şöbəyə rəhbərlik edəcək.

***

Məsələyə münasibət bildirən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə Lent.az-a açıqlamasında qeyd edib ki, şöbə müdiri Mahal Əliyev öz ərizəsi ilə işdən azad olunub: “Mən Mahal müəllimlə əlaqə saxladım, o bildirdi ki, səhhətindəki problemlə əlaqədar olaraq işdən azad olunması ilə bağlı ərizə yazıb”.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • elman
    Mart 19, 2013 - 17:29

    Mahal Əliyevin öz ərzəsi ilə işdən azad olunduğu bildirilsədə qaranliq məqamlar qacılmazdır.Nə qədər Eldar Əzizov Sumqayıt icra başcısı olarsa bu şəhər də adi məllimin də ərzəsi alınacaq.Buna şübhə ola bilməz.

  • Mustafa Eraslan
    Mart 19, 2013 - 18:54

    cox tasufler yaxsi insaniydi

  • AYNUR
    Mart 23, 2013 - 16:58

    ela bu cox gozel bir isdir terifelayiq/ O bir virus idi SUMQAYITA getirilmisdi. Rusvetxorun boyuyu ? guya mektebleri yoxlayir ? hamisi pul telesi idi de / Sadece onu kenardan gormak kifayet edir onun haqqinda fikir ireli surmeye/
    Bunun ucun bir genc kimi prezidente tesekkurumu bildirirem /////men sizi hemise b ele terifelayiq islerinize gore destekleyecem /

  • Hayat
    Aprel 14, 2013 - 23:56

    mahal ev yixa-yixa gedirdi,bu bele de olmaliydi,bu adamin omrunde xos niyyeti olmayib,Allah onun gozunu doyursun.Dogru qerardir.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər