“Sumqayıt Sənaye İstehsal” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
sumqayitxeber.com xəbər verir ki, yığıncaq 15 aprel 2019- cu il saat 14.00-da, Sumqayıt şəhəri, S.Vurğun küçəsi 1 nömrəli ünvanda yerləşən “DALĞA” mehmanxanasında baş tutacaq:
Yığıncağın gündəliyi:
1. “Sumqayıt Sənaye İstehsal” ASC-nin Baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi və yeni Baş direktorun seçilməsi.
2. “Sumqayıt Sənaye İstehsal” ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi.
3. “Sumqayıt Sənaye İstehsal”ASC-nin Müşahidə (direktorlar) Şurası üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi və yeni Müşahidə (direktorlar) Şurası üzvlərinin seçilməsi.
4. “Sumqayıt Sənaye İstehsal” ASC-nin 2018-ci maliyyə ili üzrə maliyyətəsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00- dək, səhmdar cəmiyyətin Sumqayıt şəhəri, Metallurq küçəsi 5 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.