“Sumqayıt Sənaye Parkının rezidentləri bu günədək 7 milyard 366 milyon manat dəyərində məhsul istehsal edib”

380

“Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac olunur. Bu günə qədər sənaye zonalarına yatırılan sərmayələrin ümumi həcmi 6,5 milyard manat təşkil edir və sənaye zonalarında 10 100-dən çox daimi iş yerləri açılıb. Yaxın gələcəkdə mövcud layihələr üzrə əlavə olaraq 600 milyon manatdan çox investisiyanın yatırılması və 4 800-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur”.

Bunu İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov İqtisadiyyat Nazirliyinin, KOBİA və ASK-nın təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda deyib.

Sahib Ələkbərov bildirib ki, Sumqayıt Sənaye Parkının rezidentləri bu günədək 7 milyard 366 milyon manat dəyərində məhsul istehsal edib, onun da 2 milyard 674 milyon manatlığı xaricə ixrac olunub. Təkcə 2022-ci ildə satış 2 milyard 711 milyon manat, ixrac 1 milyard 039 milyon manat olub”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər